Yuxarı

​“Azərsu”da MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Görüşdə “SUEZ”, “Sidem” və “İtron” şirkətlərinin təmsilçiləri iştirak ediblər

Bakı. 12 may. REPORT.AZ/ Mayın 12-də “Azərsu” ASC-də Fransa Sahibkarlar Təşkilatına (MEDEF) üzv olan “SUEZ”, “Sidem” və “İtron” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” ASC-yə istinadən bildirir ki, görüş zamanı “Azərsu”nun sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya layihələri barədə qonaqlara məlumat verib: “Azərbaycanda bu sahədə Fransa şirkətlərinin təcrübəsinə xüsusi önəm veririk. Artıq 2005-ci ildən Fransa hökuməti, şirkətləri Azərbaycanda içməli su və kanalizasiya layihələrində iştirak edir. Bununla belə, 2006-2009-cu illərdə Fransa hökumətinin krediti hesabına Hövsan Aerasiya Stansiyasıyenidən qurulub. Kadr hazırlığı sahəsində böyük təcrübəsi olan SUEZ şirkəti ilə 2014-cü ildə imzaladığımız Praktiki təlim, nou-hau ötürülməsi, texniki yardıma dair müqavilədən irəli gələn məsələlər uğurla icra olunur və artıq müsbət nəticələr verməkdədir. Ümid edirik ki, birgə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək”.

SUEZ şirkətinin beynəlxalq əlaqələr üzrə direktor müavini Mari Ange Döbon qeyd edib ki, 80 mindən çox işçisi olan şirkəti dünyanın 70-dən çox ölkəsində yaşıllaşdırma, insan resurslarının idarəedilməsi, tullantıların emalı və təkrar istifadəsi və enerji resurslarının yaradılması layihələrini həyata keçirir.

“Sidem” şirkətinin vitse-prezidenti Olivier Klausinöz növbəsində bildirib ki, 1970-ci illərdən fəaliyyət göstərən şirkət tullantı sularının təmizlənməsi sahəsində ixtisaslaşıb. Onun sözlərinə görə, Hövsan Aerasiya Stansiyasının yenidən qurulmasında iştirak edən şirkətAzərbaycanda həyata keçiriləcək layihələrdə təmsil olunmaqla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

“İtron” şirkətinin təmsilçisi Çağdaş Dincəl isə çıxışında elektrik, qaz, su sayğacları sistemləri üzrə ixtisaslaşan şirkətin 100 ildən çoxdur qabaqcıl texnologiya və xidmətlər təqdim etdiyini vurğulayıb: “Şirkətimiz elektrik, su, qaz və termal enerji ölçmə qurğuları və nəzarət texnologiyası, kommunikasiya sistemləri, proqram təminatı, eyni zamanda məsləhət xidmətləri üzrə əməkdaşlığa daha çox maraq göstərir”.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MEDEF şirkətlərin dəstəklənməsi və biznes imkanlarının artırılması məqsədi ilə yaradılıb. Fransanın ən böyük biznes şəbəkəsi kimi tanınan təşkilatda 750 mindən çoxşirkət və20 mindən artıq səlahiyyətli nümayəndə təmsil olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi