Yuxarı
    Bağlamaq

    Daha bir dövlət əmlakının icarəyə verilməsi ilə bağlı müsabiqə elan olunub

    Müsabiqə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun balansındakı bəzi qeyri-yaşayış sahələri üzrədir

    Bakı. 13 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı müsabiqə elan olunub.

    "Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, müsabiqə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi,65 ünvanında yerləşən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun balansındakı 5 mərtəbəli inzibati binanın yarımzirzəmi və zirzəmi hissəsində olan 61,4 kv.metr, 67,1 kv.metr, 88,2 kv.metr, 31,6 kv.metr və 32,6 kv.metr qeyri-yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrədir. 

    Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

    Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub.

    Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin binasında martın 14-ü saat 11:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi