“Azərlotereya” tender keçirir

“Azərlotereya” tender keçirir Şirkət lotereya biletləri çap etdirmək istəyir
Biznes
2 Sentyabr , 2017 10:05
“Azərlotereya” tender keçirir

Bakı. 2 sentyabr. REPORT.AZ/ “Azərlotereya” ASC lotereya biletlərinin çap edilməsi ilə əlaqədar açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 12-nə qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13a ünvanındakı ofisində təqdim etməlidirlər.

Təkliflərə oktyabrın 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. Qiymətləndirmə zamanı aşağı qiymət, yüksək keyfiyyət, işin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.

Son xəbərlər

Orphus sistemi