“Azərkosmos” keçirdiyi tenderin müddətini uzadıb

“Azərkosmos” keçirdiyi tenderin müddətini uzadıb Qurum iaşə xidmətini göstərən şirkəti seçə bilməyib
Biznes
6 Dekabr , 2016 09:28
“Azərkosmos” keçirdiyi tenderin müddətini uzadıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərkosmos” ASC Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində işləyən heyət və ora gələn qonaqlar üçün iaşə xidmətinin satın alınması məqsədi ilə keçirdiyi açıq tenderin müddətini uzadıb. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender təkliflərinin təqdim olunması üçün son müddət dekabrın 5-dən 22-nə, zərflərin açılış tarixi isə dekabrın 6-dan 23-nə keçirilib. Təkliflərə saat 11:00-da baxılacaq. İddiaçılar ilkin sənədləri dekabrın 13-nə təqdim etməlidir. 

Son xəbərlər

Orphus sistemi