“AzerGold” yeni tərəfdaşlıq əlaqələri formalaşdırıb

“AzerGold” yeni tərəfdaşlıq əlaqələri formalaşdırıb Bakı. 30 noyabr. REPORT.AZ/ “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti noyabrın 27-dən 30-na qədər Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş “Mines and Money” adlı beynəlxalq konfransda iştirak edib.
Biznes
30 Noyabr , 2017 12:39
“AzerGold” yeni tərəfdaşlıq əlaqələri formalaşdırıb

Bakı. 30 noyabr. REPORT.AZ/ “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti noyabrın 27-dən 30-na qədər Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş “Mines and Money” adlı beynəlxalq konfransda iştirak edib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov tədbir zamanı qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən müxtəlif nüfuzlu mədən şirkətləri ilə görüşlər keçirirərək yeni tərəfdaşlıq əlaqələri formalaşdırıb, dağ-mədən sahəsində tətbiq olunan innovasiya və texnologiyalar haqqında geniş fikir mübadiləsi aparıb. Tədbirin sərgi hissəsində yerləşdirilən “AzerGold”un məlumat stendini müxtəlif xarici mədən şirkətləri və investorlar maraqla qarşılayıb.

“AzerGold”un Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev konfrans çərçivəsində baş tutan Qızıl Sammitində təqdimatla çıxış edib. O, Azərbaycanın dağ-mədən sənayesi, əlvan metalların hasilat və ixrac potensialı, həmçinin bu sahənin perspektivləri haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

“Mines and Money” konfransı yeni baxış və yanaşmalar, gələcək hasilat işlərinin maliyyələşməsi, investisiya cəlbetmə üsullarının müəyyən edilməsi, innovasiyaların tətbiqi və əməkdaşlığın genişlənməsi mövzularını əhatə edib. Qeyd edək ki, bu tədbir 75 ölkədən olan 2 000-dən çox iştirakçının, dağ-mədən şirkətlərini təmsil edən 900-dən çox nümayəndənin, idarəetməsində 3,6 trilyon dollar dəyərində aktiv olan 800-dən çox investor və maliyyəçinin iştirak etdiyi dağ-mədən sahəsinin ən böyük tədbirlərindən biridir. 

Son xəbərlər

Orphus sistemi