“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə tədqiqatçılar üçün təqaüd proqramı elan edib

“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə tədqiqatçılar üçün təqaüd proqramı elan edib Bakı. 25 may. REPORT.AZ/ “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti və AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədi ilə xüsusi təqaüd proqramı elan edib.
Biznes
25 May , 2018 14:51
“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə tədqiqatçılar üçün təqaüd proqramı elan edib

Bakı. 25 may. REPORT.AZ/ “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti və AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədi ilə xüsusi təqaüd proqramı elan edib.

Şirkətdən “Report”a verilən məlumata görə, təqaüdlər AXC dövrü tarixinin müxtəlif mərhələlərini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

Təqaüd proqramının şərtlərinə əsasən, tədqiqatçılar 4 ay ərzində orijinal mənbələrə əsaslanan və daha öncə heç bir mətbuat orqanında dərc edilməmiş araşdırmaları Korporativ Sosial Məsuliyyət Komitəsinə təqdim etməlidir. İştirakçıların seçimi, həmçinin tamamlanmış araşdırmaların yekun qiymətləndirilməsi akademik sahənin tarixşünaslıq üzrə nüfuzlu nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Bildirilib ki, proqramın təsis edilməsində əsas məqsəd respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə verməkdir.

Son xəbərlər

Orphus sistemi