Azərbaycanlı sahibkarların Almaniyada ixtisasartırma kursu keçməsi üçün müsabiqə keçirilir

Azərbaycanlı sahibkarların Almaniyada ixtisasartırma kursu keçməsi üçün müsabiqə keçirilir Müsabiqə üçün tələb olunan sənədlər fevralın 20-dək təqdim edilməlidir
Biznes
17 Yanvar , 2017 09:57
Azərbaycanlı sahibkarların Almaniyada ixtisasartırma kursu keçməsi üçün müsabiqə keçirilir

Bakı. 17 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycanın biznes sahəsində menecerlərin ixtisasının artırılması üçün Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edib.

“Report” xəbər verir ki, proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçmələrinə, onların beynəlxalq təcrübəyə yiyələnmələrinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.

İxtisasartırma kurslarının iki - iqtisadi kooperasiya (bütün sahələr üzrə, ingilis dilində olan bu proqramın müddəti may-iyun aylarını əhatə edir), kənd təsərrüfatında iqtisadi kooperasiya mövzularında və müddətlərində keçirilməsi nəzərdə tutulur.

Proqramın müddəti 2017-ci ilin noyabr-dekabr aylarını əhatə edir. Proqramın dili rus dilidir.

Almaniyada keçiriləcək ixtisasartırma kursu iki mərhələdən ibarətdir: Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması); Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq). İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdikləri təşkilat və ya namizədlər tərəfindən ödənilir.

Fevral ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçim müsabiqəsi keçiriləcək.

Müsabiqə üçün tələb olunan sənədlər fevralın 20-dək İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinə (Şərifzadə küçəsi,172, IV mərtəbə) təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi