Yuxarı

Azərbaycanlı sahibkarlar Belarusda baş tutacaq iqtisadi foruma dəvətlidirlər

Azərbaycanlı sahibkarlar Belarusda baş tutacaq iqtisadi foruma dəvətlidirlər
Forum çərçivəsində mayın 18-dən 21-dək beynəlxalq yarmarka da təşkil olunacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Belarusun Qomel şəhərində XIV Qomel İqtisadi Forumu keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Sözügedən forum mayın 19-da baş tutacaq. Tədbirdə Belarusun və bir çox ölkələrin işgüzar dairələri, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Eyni zmaanda forum çərçivəsində mayın 18-dən 21-dək “Qomel baharı” XVIII beynəlxalq yarmarkası da təşkil olunacaq. Yarmarka potensial tərəfdaşlar taparaq qarşılıqlı faydalı müqavilələrin bağlanması və işgüzar əlaqələrin genişləndirilməsi üçün effektiv platformadır.

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər. Forum və yarmarkada iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi