Azərbaycanlı milyarder dünyada ən varlı insanların siyahısında 104-cü yerdədir

Azərbaycanlı milyarder dünyada ən varlı insanların siyahısında 104-cü yerdədir Siyahıya 85,56 milyard dollarla “Microsoft” şirkətinin qurucusu Bill Qeyts başçılıq edir
Biznes
6 Mart , 2017 09:27
Azərbaycanlı milyarder dünyada ən varlı insanların siyahısında 104-cü yerdədir

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan əsilli Rusiya vətəndaşı, “LukOil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən varlı 500 adamı arasında 104-cü yerdədir.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu, “Bloomberg Billionaires Index” reytinq cədəvəlində göstərilib.

Siyahıya 85,56 milyard dollarla “Microsoft” şirkətinin qurucusu Bill Qeyts başçılıq edir. Ondan sonrakı iki yeri 78,9 milyard dollarla sərmayəçi Uorren Baffett və 53 milyard dollarla telekomunnikasiya maqnatı Karlos Slim tutur.

Azərbaycanlı Vahid Ələkbərov isə 11,4 milyard dollara sahibdir. 

Son xəbərlər

Orphus sistemi