Yuxarı

Azərbaycanlı iş adamları Rusiyaya dəvət olunurlar

Azərbaycanlı iş adamları Rusiyaya dəvət olunurlar
Dəvət Rusiyanın Arxangelsk vilayətindən gəlib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanlı iş adamları işgüzar məqsədlərlə Rusiyanın Arxangelsk vilayətinə dəvət ediliblər.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, bu ilin fevral ayının sonlarında Arxangelskdə ticarət, kənd təsərrüfatı, balıq sənayesi, meşə sənayesi, turizm, səhiyyə, elm və təhsil sahələrində Azərbaycanın və vilayətin işgüzar dairələrinin iştirakı ilə birgə tədbirin keçirilməsi təklif olunub.

Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi