Yuxarı

Azərbaycanlı iş adamları Çelyabinskə səfər edəcək

Azərbaycanlı iş adamları Çelyabinskə səfər edəcək

Dekabrın 12-13-də azərbaycanlı iş adamları Rusiyanın Çelyabinsk vilayətində səfərdə olacaq. 

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, sahibkarlar bir sıra görüşlər keçirəcək, yerli müəssisələrə baş çəkəcəklər. 

Xatırladaq ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 2017-ci illə müqayisədə 19% artaraq 2,5 milyard ABŞ dollarına çatıb. Ötən il Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi