Azərbaycanlı biznesmenlər Cakartada "Trade Expo Indonesia" sərgisində iştirak edirlər

Azərbaycanlı biznesmenlər Cakartada "Trade Expo Indonesia" sərgisində iştirak edirlər Nümayəndə heyəti sərginin açılışında iştirak edib
Biznes
13 Oktyabr , 2016 14:23
Azərbaycanlı biznesmenlər Cakartada Trade Expo Indonesia sərgisində iştirak edirlər

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanlı biznesmenlər "Trade Expo Indonesia" sərgisində iştirak edirlər.

"Report" xəbər verir ki, nümayəndə heyətinə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani və "İpək Yolu" Sahibkarlığın İnkişafına Yardım İctimai Birliyinin rəhbəri Rəşad Cuqalov rəhbərlik edir. Ümumilikdə nümayəndə heyətinin tərkibinə 9 azərbaycanlı iş adamı daxildir.

Nümayəndə heyəti sərginin açılışında iştirak edib. Açılış zamanı İndoneziya prezidenti Coko Vidodo, eləcə də bu ölkənin ticarət naziri çıxış edib.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri orada sərgilənən məhsullarla tanış olub, indoneziyalı iş adamları, Ticarət-Sənaye Palatasının sədr müavini Linda Meqawati ilə bir sıra görüşlər keçirib.

Qeyd edək ki, sərgi oktyabrın 16-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi