​Azərbaycan Vyetnamla ticarəti asanlaşdıran saziş imzalayacaq

​Azərbaycan Vyetnamla ticarəti asanlaşdıran saziş imzalayacaq Saziş həmçinin gömrük əlaqələrinin, xüsusilə də narkotik qaçaqmalçılığına qarşı əməkdalığın gücləndirilməsini nəzərdə tutur
Biznes
12 May , 2015 17:37
​Azərbaycan Vyetnamla ticarəti asanlaşdıran saziş imzalayacaq

Bakı. 12 may. REPORT.AZ/ Mayın 13-də Azərbaycanla Vyetnam arasında saziş imzalanacaq. Saziş Azərbaycanla Vyetnam arasında ticarətin asanlaşdırılmasını, gömrük əlaqələrinin, o cümlədən qaçaqmalçılıq, xüsusilə də narkotik qaçaqmalçılığına qarşı əməkdalığın gücləndirilməsini nəzərdə tutur.

Report"un verdiyi xəbərə görə, bu barədə Vyetnamın maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuan bu gün Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdə bildirib.

O, həmçinin qeyd edib ki, Vyetnam Azərbaycanın gömrük sahəsində təcrübəsindən yararlanacaq: "Gömrük sahəsində, o cümlədən qaçaqmalçılıqla mübarizədə Azərbaycanın təcrübəsindən öyrənəcəyimiz çoxdur. "Bir pəncərə" sistemi və İT texnologiyaların tətbiqi ilə bağlı çox şey öyrənə bilərik. Azərbaycan-Vyetnam gömrüyü iqtisadi ticarət əlaqələrinin gücləndirilməsində bir körpüdür. Bu saziş daha yaxın əməkdaşlığa şərait yaradacaq. Prezidentin səfəri çərçivəsində də iqtisadi əməkdaşlıq şəraitinin daha da yaxşılaşdırılması müzakirə olunacaq. Siyasi əməkdaşlığımız güclüdür. İstərdik ki, iqtisadi ticarət əlaqələrimiz daha da güclənsin".

Son xəbərlər

Orphus sistemi