Yuxarı

Qubernator: "Azərbaycanla Sverdlovsk vilayəti arasında əməkdaşlığın böyük potensialı var"

Azərbaycanla Sverdlovsk vilayətinin böyük əməkdaşlıq potensialı var

"Azərbaycanla Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasındakı ticarət dövriyyəsi 85 faiz artıb".

“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev deyib.

O bildirib ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq əlaqələrimizdə başlıca istiqamətlərdən biridir.

“Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün böyük potensial var. İşgüzar əlaqələr və təhsil sahələrində birgə planlar tərtib etmək imkanı yaratdıqları üçün Azərbaycan tərəfinə çox minnətdaram. Bakıya səfərimiz zamanı elm, təhsil, mədəniyyət sahələrində də müştərək layihələrə dair bir çox sənədlər imzalayacağımıza əminəm”, – rusiyalı qonaq vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi