Yuxarı

​Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 500 mln. dollara çatıb - YENİLƏNİB

Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində əməkdaşlığa dair 4 memorandum imzalanıb

Bakı. 20 iyun. REPORT.AZ/ "Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,9 mlrd. ABŞ dolları təşkil edib". "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. 

Nazir müavini bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin 1,5 mlrd. dolları idxal, 400 mln. dolları isə ixracın payına düşür: "Bu gün forumda 200-dən artıq Rusiya şirkəti iştirak edir. İki ölkə arasında 170-dən artıq sənəd imzalanıb. Onların 50-dən çoxu iqtisadiyyat sahəsinə aid olub. Bu ilin 4 ayı ərzində Azərbaycanla Rusiya arasında 470 mln. dollarlıq ticarət dövriyyəsi olub. Rusiya Azərbaycanın ticarət dövriyyəsində ikinci yeri, idxalda birinci, ixracda isə 10-cu yeri tutur".

N.Səfərovun sözlərinə görə, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir: "Rusiyanın Azərbaycana investisiya yatırımı 3 mlrd. dollardan çoxdur. Azərbaycanın Rusiya iqtisadiyyatına yatırımı isə 1 mlrd. dollar təşkil edir". 

Daha sonra iki ölkənin müxtəlif təşkilatları arasında əməkdaşlığa dair 4 memorandum imzalanıb.

***

Bunlardan biri "Azpromo" (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) və "Delovaya Rossiya" Ümumrusiya İctimai Təşkilatı, ikincisi "Azpromo" və "Victoria Estate" İdarəedici MMC, üçüncüsü "Azpromo" ilə "Bank VTB (Azerbaijan)" arasında (əməkdaşlığa dair), dördüncüsü isə "Vita-A", Azərbaycan İnvestisiya şirkəti və "R-Farm" şirkəti arasında (Azərbaycanda əczaçılıq məhsullarının istehsalının təşkili üzrə) imzalanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi