Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 30% azalıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 30% azalıb Bu ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2298,8 mln. ABŞ dolları olub
Biznes
11 Dekabr , 2015 15:33
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 30% azalıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2298,8 mln. ABŞ dolları həcmində olub. "Report"un Rusiya Federal Gömrük Xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 980,1 mln. ABŞ dolları yaxud 30% azdır.

Məlumata görə, bu ilin ilk 10 ayı ərzində Rusiyadan Azərbaycana 1882,2 mln. ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 838,6 mln. ABŞ dolları, yaxud 32% azdır.

Hesabat dövründə Rusiyanın Azərbaycandan idxal etdiyi malların ümumi həcmi isə 2014-cü ilin ilk 10 ayına nisbətən 96,5 mln. ABŞ dolları dəyərində, yaxud 18,8% azalaraq 416,6 mln. ABŞ dollarına düşüb.

Son xəbərlər

Orphus sistemi