Yuxarı
    Bağlamaq

    Azərbaycanla Moldova arasında patent sahəsində əməkdaşlıq memorandumu imzalanıb

    Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzi Moldovanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsi və Moldovanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

    “Report” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfdən sözügedən qurumun baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva, Moldova tərəfdən isə sözügedən agentliyin baş direktoru Lilia Bolocan imzalayıblar.

    Memorandumda tərəflər arasında təcrübə mübadiləsi, xüsusiləşdirilmiş əqli mülkiyyət xidmətlərinin müştərilərə çatdırılmasında əməkdaşlıq, sənaye mülkiyyəti və onun gələcək inkişafı ilə bağlı qanunvericilik üzrə məlumat mübadiləsi, əqli mülkiyyət üzrə maarifləndirmə tədbirlərində iştirak, birgə konfranslar, simpoziumlar, seminarlar və sənaye mülkiyyətinə aid digər növ tədbirlərin təşkili imkanlarının araşdırılması, coğrafi göstəricilərin mühafizəsi sisteminin təşviqi və dəstəklənməsi, coğrafi göstəricilərin mühafizəsi sahəsində biliklərin artırılması, iki ölkənin elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahibləri arasında əqli mülkiyyət hüquqlarının təşviqi sahələri üzrə əməkdaşlıq aparılması nəzərdə tutulub.

    Patent və Əmtəə Nişanları Mərkəzinin əməkdaşları Moldovaya səfər çərçivəsində bu ölkənin Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunmuş beynəlxalq konfransda da iştirak ediblər. Tədbirdə ölkələr arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi