Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 12% artıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 12% artıb Ticarət dövriyyəsinin mənfi saldosu isə illik müqayisədə 23% azalıb
Biznes
25 İyul , 2017 12:14
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 12% artıb
Report

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 12,23% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 1 456,8 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycandan MDB ölkələrinə ixrac illik 49,93% artaraq 469,1 mln. dollara yüksəlib. Bu müddətdə idxalın həcmi 0,26% artaraq 987,7 mln. dollar olub. MDB ölkələrinin xüsusi çəkisi məcmu ixracda 8,90%, idxalda isə 28,97% təşkil edib.

Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu illik 23% azalaraq cari ilin birinci yarısında 518,5 mln. dollara düşüb.

MDB ölkələrinə ixracın 62%-i və ya 289,8 mln. dolları, idxalın isə 67%-i və ya 661,5 mln. dolları Rusiyanın payına düşüb. Rusiyaya ixrac həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,94% artım, idxalda isə 10,95% azalma müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan 171 ölkə ilə 8 678,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib.

Son xəbərlər

Orphus sistemi