Azərbaycanla MDB arasında ticarət dövriyyəsi 43% artıb

Azərbaycanla MDB arasında ticarət dövriyyəsi 43% artıb Bu ilin ilk rübündə ticarət dövriyyəsinin mənfi saldosu 33% artıb
Biznes
17 Aprel , 2017 14:14
Azərbaycanla MDB arasında ticarət dövriyyəsi 43% artıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 602 144,59 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 181 267,94 min dollar və ya 43% çoxdur.

"Report" bu barədə Dövlət gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 51,4% artaraq 175 725,66 min dollar, Azərbaycana idxal isə 39,89% artaraq 426 418,93 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 61 919,64 min dollar və ya 32,8% artaraq 250 693,27 min dollar olub.

Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 6,74%-i, idxalın isə 28,19%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb. 

Son xəbərlər

Orphus sistemi