Azərbaycanla İsveçrə şirkətləri arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub

Azərbaycanla İsveçrə şirkətləri arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub Bakı. 27 iyun. REPORT.AZ/ İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib.
Biznes
27 İyun , 2018 13:17
Azərbaycanla İsveçrə şirkətləri arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

İsveçrənin “GN-company”, “Varistor“ və “Delica” şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirklətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

İxrac missiyası bu gün İsveçrə şirkətləri ilə görüşlərini davam etdirəcək, aparıcı fındıq tədarükü və satışı müəssisələrində olacaq.

Son xəbərlər

Orphus sistemi