Azərbaycanla İran arasında ticarət dövriyyəsi ötən il 70% artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi ötən il 70% artıb İran Azərbaycan iqtisadiyyatına 2,7 mlrd. dollar sərmayə yatırıb və bundan 1,7 mlrd. dollar mənfəət əldə edib
Biznes
25 Fevral , 2017 13:27
Azərbaycanla İran arasında ticarət dövriyyəsi ötən il 70% artıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ildə əvvəlki ilə nisbətən 70%-ə qədər artıb. 

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

"Azərbaycan-İran münasibətləri 2014-cü ilin yanvar ayından xüsusi inkişaf dövrünü yaşayır. Azərbaycanda 538 İran şirkəti qeydiyyatdan keçib. Həmçinin, İran Azərbaycan iqtisadiyyatına investisiya da yatırmaqda davam edir. Belə ki, bu sərmayənin həcmi 2,7 mlrd. ABŞ dolları təşkil edib. Vəsaitin 2,6 mlrd. dolları neft-qaz sektorunun payına düşür. İran bu sərmayədən 1,7 mlrd. dollar mənfəət əldə edib", - deyə Ş.Mustafayev qeyd edib. 

İranın Azərbaycanın qeyri-neft sektoruna 150 mln. dollar həcmində sərmayə yatırdığını əlavə edən nazirin sözlərinə görə, bu rəqəm mövcud əlaqələrin potensialı baxımından aşağı göstərici hesab edilir.

İranın Azərbaycanda bir sıra birgə layihələrdə iştirak etdiyini bildirən Ş.Mustafayev Neftçala Sənaye Zonasında yeni avtomobil zavodu və Pirallahı Sənaye Zonasında dərman zavodunun tikintisi layihələrini xatırladıb.

Son xəbərlər

Orphus sistemi