Yuxarı

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi azalıb

Ölkə üzrə cəmi ixracın 59%-i, idxalın isə 32%-i Avropa İttifaqı ölkələrinin payına düşüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 33,9% azalaraq 2015-ci ildə 9 695 mln. dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, hesabat ilində Avropa İttifaqı ölkələrinə ixrac 41,63% azalaraq 6 752 mln. dollar, idxal 5,18% azalaraq 2 943 mln. dollar olub. Beləliklə, ölkə üzrə cəmi ixracın 59,1%-i, idxalın isə 31,92%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Bu ölkələr arasında ticarət dövriyyəsində əsas paya malik olan İtaliyaya ixrac 53,09% azalaraq 2 254 mln. dollar, idxal isə 2,1 dəfə artaraq 587,8 mln. dollar təşkil edib.

İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas tərəfdaşlarındandır. Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi çəkisinə görə İtaliya 13,77%-lə liderdir. Bu da xüsusilə ixrac əməliyyatlarına əsaslanır. Belə ki, Azərbaycandan olan cəmi ixracın 19,73%-i İtaliyaya edilir. İdxalda isə İtaliya Rusiya, Türkiyə, ABŞ və Almaniyadan sonra yer alıb. Cəmi idxalın 6,37%-i İtaliyadan həyata keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi