Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb İtaliya Azərbaycanın mal ixrac etdiyi ölkələrin siyahısında birinci, idxalda isə yeddinci olub
Biznes
17 Avqust , 2016 15:26
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 40,6% azalaraq 2016-cı ilin yanvar-iyul ayları ərzində 3 686 636,28 min dollar təşkil edib. 

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac illik 49,42% azalaraq 2 349 778,42 min dollar, idxal 14,2% azalaraq 1 336 857,86 min dollar olub. Hesabata əsasən, cəmi ixracın 51,2%-i, idxalın isə 28,1%-i məhz Avropa İttifaqı ölkələri ilə həyata keçirilib.

Beləliklə, Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalaraq 1 012 920,56 min dollara enib.

İtaliya 1 094 790,4 min dollarlıq ticarət dövriyyəsi ilə Azərbaycanın əsas ticarət tərəfdaşları arasında birinci yerdə qərarlaşıb. Ölkə üzrə cəmi ticarət dövriyyəsinin 11,71%-i İtaliyanın payına düşüb. Bu ölkə Azərbaycanın mal ixrac etdiyi ölkələrin siyahısında birinci, idxalda isə yeddinci sırada qərarlaşıb. İtaliyaya ixrac illik 42,44% azalaraq 885 7123,71 min dollar, idxal 23,73% azalaraq 209 077,7 min dollar olub.

Son xəbərlər

Orphus sistemi