Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb Azərbaycan ixracının 54%-i, idxalının isə 27%-i məhz Aİ ölkələrinin payına düşür
Biznes
17 İyun , 2016 14:23
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə həyata keçirilən ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 50,12% azalaraq 1 647,723 mln. ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə bu ölkələrdən idxal isə 20,93% azalaraq 906,550 mln. dollara enib. 

Hesabata əsasən, Azərbaycanın cəmi ixracının 54,02%-i, idxalının isə 27,21%-i məhz Avropa İttifaqı ölkələrinin payına düşüb.

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 741,174 mln. dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın azalma deməkdir. Ötən ilin müvafiq dövründə müsbət saldo 2 161,059 mln. dollar olub.

Son xəbərlər

Orphus sistemi