​Azərbaycan JTI Korporasiyasının ən iri üç bazarından biridir

​Azərbaycan JTI Korporasiyasının ən iri üç bazarından biridir Şirkətin hazır məhsullarının 15-i buraya göndərilir
Biznes
26 Sentyabr , 2015 13:58
​Azərbaycan JTI Korporasiyasının ən iri üç bazarından biridir

Bakı. 26 sentyabr. REPORT.AZ/Azərbaycan Yaponiyanın "Japan Tobacco International" (JTI) Korporasiyasının Kremençuqda (Ukrayna) yerləşən fabrikinin siqaret məhsulu ixrac etdiyi ölkə sırasında Qafqaz regionu və digər ölkələr arasında ən iri - sayca üçüncü bazarıdır. "Report" xəbər verir ki, bunu korporasiyaya məxsus "JTI Ukraine" ASC-nin insan resursları üzrə direktor müavini Viola Martirosova deyib.

Onun sözlərinə görə, Kremençuq tütün fabrikində istehsal olunan məhsulların üçdə bir hissəsi Azərbaycana göndərilir. Azərbaycana gətirilən tütün məhsulunun 93%-i Kremençuqdakı, qalan 7%-i isə korporasiyanın digər fabriklərində istehsal olunur. İxracın həcmi ilbəil eyni səviyyədədir.

"JTI" Azərbaycan bazarının liderlərindən biri sayılır. Belə ki, fabrikin istehsal müdiri Tatyana Kononixina məlumat verib ki, ümumilikdə müəssisədə ildə 26 mlrd. ədəd siqaret istehal edilir. Həmin məhsulun təxminən 4 mlrd.-ı, yəni müəssisədə istehsal olunan bütün məhsulun 15%-i Azərbaycana ixrac edilir. Şirkətin 12 bazarını birləşdirən ən iri regionu MDB hesab olunur ki, buraya Azərbaycandan başqa, Türkiyə, Gürcüstan, Ermənistan, Belarus, Moldova, Tacikistan və s. ölkələr daxildirlər. Korporasiyanın 8 aparıcı brendindən 5-i Kremençuq fabrikində istehsal edilir.

"JTI" korporasiyaya məxsus müəssisələrdə qanunsuz dövriyyənin və qaçaqmalçılığın qarşısının alınması məqsədi ilə "Track and Trace" sistemi tətbiq olunur. Bu sistem vasitəsi ilə siqaretlərin qutuları nişanlanır və onların müxtəlif bazarlarda hərəkətini, habelə anbarlara qayıtmasını izləmək mümkündür. 

Qeyd edək ki, Kremençuq tütün fabriki 1993-cü ildə "R.J.Reynolds" şirkəti (ABŞ) tərəfindən özəlləşdirilib, lakin 1999-cu ildə "Japan Tobacco" Amerika şirkətinin beynəlxalq biznesini 7,8 mlrd. dollara satın alıb. "JTI" dünyanın 120 ölkəsində biznesini idarə edir, şirkətin 364 ofisi, 8 elmi-tədqiqat mərkəzi, 25 fabriki və 5 tütün emalı zavodunda 27 000 əməkdaşı çalışır. "JTI" Korporasiyasının mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir. 

Son xəbərlər

Orphus sistemi