Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarətində 1,8 mlrd. dollarlıq müsbət saldo yaranıb

    7 ay ərzində  xarici ticarət dövriyyəsinin həcmi 10,522 mlrd. ABŞ dolları təşkil edib

    Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 10,522 mlrd. ABŞ dolları təşkil edib.

    “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır.

    Son 1 ildə Azərbaycanın ixracı 6% azalaraq 6,152 mlrd. dollar, idxalı isə 8,2% azalaraq 4,37 mlrd. dollar olub. Son nəticədə xarici ticarətdə 1,783 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 0,3% azdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi