Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu yanvarda 66% artıb

    Hesabat ayında ixrac 22,5%, idxalın həcmi isə 1,6% artıb

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar ayı ərzində 117 ölkə ilə 1 254 680, 26 min ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb. 

    “Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə, bu, 154 795,88 min dollar, yaxud 14,07% çoxdur.

    Yanvarda aparılan ixrac əməliyyatlarının həcmi ötən ilin yanvarına nisbətən 147 551,78 min dollar, yaxud 22,46% artaraq 804 627,99 min dollar olub.

    Bu ilin ilk ayında idxal əməliyyatlarının həcmində də artım qeydə alınıb. Belə ki, yanvarda idxalın həcmin 7 244,10 min dollar, yaxud 1,64% artıb və 450 052,27 min dollar olub.

    Bu ilin idxal-ixrac əməliyyatlarında 354 575,72 min dollarlıq müsbət saldo yaranıb. Ötən illə müqayisədə müsbət saldo 140 307,68 min dollar, yaxud 65,48% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi