Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9 dəfə azalıb

    İdxal əməliyyatlarının həcmi 6%, ixrac isə 37% azalıb

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqsut ayları ərzində Azərbaycan 173 ölkə ilə 11 330 269,07 min ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib. 

    "Report"un Dövlət Gömrük komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 24,96% azalma qeydə alınıb.

    Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,23% azalaraq 5 539 988,10 min dollar, ixrac isə illik 37,0% azalaraq 5 790 280,97 min dollara enib.

    Bu ilin yanvar-avqust ayları ərzində ticarət dövriyyəsinin 250 292,87 min dollarlıq müsbət saldo yaranıb. Ötən ilin müvafiq dövründə həmin göstərici 2 284 796,77 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 9 dəfədən çox azalma qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi