Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 8 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 8 dəfə artıb Hesabat ilində xarici ticarət dövriyyəsində 28%, ixracda 51%, idxalda isə 3% artım qeydə alınıb
Biznes
15 Yanvar , 2018 12:26
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 8 dəfə artıb
Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla Azərbaycan 2017-ci ildə 187 ölkə ilə 22 593 632 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 61,13%-ni və ya 13 811 624 min dollarını ixrac, 38,87%-ni və ya 8 782 008 min dollarını idxal əməliyyatları əhatə edib. Beləliklə, 2017-ci ildə 5 029 617 min dollar həcmində müsbət xarici ticarət saldosu yaranıb.

Qeyd edək ki, 2016-cı ildə xarici ticarət dövriyyəsi 17 675 727 min dollar, o cümlədən ixrac 9 143 280 min dollar, idxal 8 532 448 min dollar təşkil edib. Ticarət dövriyyəsainin müsbət saldosu 610 832 min dollar olub. Nəticədə, 2017-ci ildə xarici ticarət dövriyyəsində 27,8%, ixracda 51,1%, idxalda 2,9% artım qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosunda isə 8 dəfə artım müşahidə olunub.

Ötən il ərzində Azərbaycandan 3 179 çeşiddə mal ixrac olunub, ölkəyə 7 429 çeşiddə mal idxalı reallaşıb.

Son xəbərlər

Orphus sistemi