Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfə artıb Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,851 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
19 Fevral , 2020 17:03
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfə artıb
Pexels.com

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,851 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% çoxdur.

Yanvar ayının xarici ticarət dövriyyəsinin 2,130 milyard ABŞ dolları ixracın, 721 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 66,4% artıb, idxal isə 29,5% azalıb.

Son nəticədə xarici ticarətdə 1,409 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 5,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi