Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31%-dən çox azalıb

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 31%-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22 901,835 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. 

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. 

Xarici ticarət dövriyyəsinin 59%-i, yaxud 13 519,907 milyon dolları ixracın, 41%-i, yaxud 9 381,929 milyon dolları isə idxalın payına düşüb.  Son 1 ildə ixracın dəyəri 5%, yaxud 639,963 milyon dollar, idxalın dəyəri isə 36,7%, yaxud 2 518,477 milyon dollar artıb. 

Son nəticədə xarici ticarət dövriyyəsində 1 878,514 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,2% azdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi