Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb Yanvar-fevralda idxal-ixrac əməliyyatlarında 682 005,60 min dollarlıq müsbət saldo yaranıb
Biznes
18 Mart , 2017 14:22
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb
Courtesy İmage

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar-fevral ayları ərzində 137 ölkə ilə 2 625 946,68 min ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə, bu, 422 602,38 min dollar və yaxud 19,18% çoxdur.

İlin ilk iki ayında aparılan ixrac əməliyyatlarının həcmi ötən ilin ötən ilin müvafiq aylarına nisbətən 430 506,78 min dollar və yaxud 35,19% artaraq 1 653 976,14 min dollar olub.

Hesabat dövründə idxal əməliyyatlarının həcmində isə azalma qeydə alınıb. Belə ki, idxalın həcmin 7 904,4 min dollar və yaxud 0,81% azalaraq 971 970,54 min dollar olub.

Son nəticədə bu il idxal-ixrac əməliyyatlarında 682 005,6 min dollarlıq müsbət saldo yaranıb. Ötən illə müqayisədə müsbət saldo 438 411,18 min dollar və yaxud 2,8 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi