Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20% azalıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 28,276 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
15 Noyabr , 2019 14:41
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 28,276 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur.

10 aylıq xarici ticarət dövriyyəsinin 16,821milyard dolları ixracın, 11,455 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,3%, idxal isə 23,8% artıb.

Son nəticədə xarici ticarətdə 5,366milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 20,1% azdır.

Son xəbərlər

Orphus sistemi