Bu ilin yanvar-mart aylarında Azərbaycan 7 620,126 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.
“Report”
3 aylıq ticarət dövriyyəsinin 4 484,549 mln. dolları ixracın, 3 135,576 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 33,7%, idxal isə 43,1% artıb.
Son nəticədə xarici ticarətdə 1 348,972 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 15,9% çoxdur.