Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% artıb Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla 146 ölkə ilə 5 546 139,38 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.
Biznes
13 Aprel , 2018 09:59
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla 146 ölkə ilə 5 546 139,38 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, ticarət dövriyyəsinin 60,49%-ni və ya 3 355 033,87 min dollarını ixrac, 39,51%-ni və ya 2 191 105,51 min dollarını idxal əməliyyatları əhatə edib. Beləliklə, 2018-ci ilin ilk rübündə 1 163 928,36 min dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xatırladaq ki, 2017-cı ilin ilk 3 ayında xarici ticarət dövriyyəsi 4 119 079,75 min dollar, o cümlədən ixrac 2 606 306,06 min dollar, idxal 1 512 773,69 min dollar təşkil edib. Ticarət dövriyyəsinin müsbət saldosu 1 093 532,37 min dollar olub.

Nəticədə, 2018-ci ildə xarici ticarət dövriyyəsində 1 427 059,63 min dollarlıq yaxud 34,65%, ixracda 748 727,81 min dollar və ya 28,73%, idxalda 678 331,82 min dollar yaxud 44,84% artım qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 10% artıb.

I rüb ərzində Azərbaycandan 1 691 çeşiddə mal ixrac olunub, ölkəyə 6 033 çeşiddə mal idxalı reallaşıb.

Son xəbərlər

Orphus sistemi