Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsinin mənfi saldosu 167,5 mln. dollara çatıb

    Ötən ilin 7 ayında isə 2,167 mlrd. dollarlıq müsbət saldo qeydə alınıb

    Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 9 347 050,84 min ABŞ dolları həcmində xarici ticarət əməliyyatları aparıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,89% azalma deməkdir. “Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd edilib.

    Məlumata görə, bu ilin ilk 7 ayında idxal əməliyyatlarının həcmi 10,46% azalaraq 4 757 258,78 min dollara, ixrac əməliyyatlarının həcmi isə 38,57% azalaraq 4 589 792,06 min dollara bərabər olub.

    Nəticədə, xarici ticarət dövriyyəsində 167 466,27 min dollarlıq mənfi saldo yaranıb. Ötən ilin ticarət dövriyyəsində isə 2 167 144,93 min dollarlıq müsbət saldo yaranıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi