Yuxarı

​Azərbaycanın xarici ticarət dövriyyəsinin 1/4-i iki ölkənin payına düşür

Xarici ticarət dövriyyəsinin yarıdan çoxu isə altı ölkə hesabına formalaşıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust ayları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinin yarıdan çoxu (51,13%) altı ölkənin, o cümlədən 24,31%-i cəmi iki ölkə - İtaliya və Almaniyanın payına düşüb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 13,86%-i və ya 1 951,8 mln. ABŞ dolları İtaliya, 10,45%-i və ya 1 471 mln. dolları Almaniya ilə həyata keçirilib. Daha sonra Rusiya (8,66%), Türkiyə (6,78), ABŞ (6,43%) və Fransa (4,95%) sıralanıb.

İtaliya, həmçinin ixracda 1 641,4 mln. dollar və ya 20,06% xüsusi çəki ilə ölkələr arasında birinci yerdə qərarlaşıb. İdxalda əsas ölkələrin siyahısında isə Rusiya (16,58% və ya 978,2 mln. dollar) liderlik edir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 32,83% azalaraq 14,082 mlrd. dollar, o cümlədən idxal 5,09% artaraq 5,899 mlrd. dollar, ixrac 46,69% azalaraq 8,184 mlrd. dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi