​Azərbaycanın xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb

​Azərbaycanın xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb Bu ilin ilk rübündə idxal 25%, ixrac isə 47% azalıb
Biznes
18 Aprel , 2016 10:33
​Azərbaycanın xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 3 606 542,05 min ABŞ dolları civarında olub. “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,98% azalma deməkdir.

Bu ilin yanvar-mart aylarında idxalın həcmi 24,9% azalaraq 1 825 922,13 min dollar, ixracın həcmi isə 47,38% azalaraq 1 780 619,92 min dollar olub.

Ümumilikdə, bu il xarici ticarət dövriyyəsində 45 302,21 min dollarlıq mənfi saldo yaranıb. Qeyd edək ki, 2015-ci ilin ilk rübündə xarici ticarət dövriyyəsində 955 237,95 min dollarlıq müsbət saldo qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi