​Azərbaycanın xarici ticarət dövriyyəsi 23% azalıb

​Azərbaycanın xarici ticarət dövriyyəsi 23% azalıb Xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 47% azalıb
Biznes
19 Fevral , 2015 16:51
​Azərbaycanın xarici ticarət dövriyyəsi 23% azalıb

Bakı. 19 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 23,05% azalaraq 1,852 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə idxal 7,16% artaraq 574,2 mln. dollar, ixrac 31,7% azalaraq 1,278 mlrd. dollar olub.

Beləliklə, xarici ticarət dövriyyəsində 703,6 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar ayında ixrac 1,871 mlrd. dollar, idxal 535,1 mln. dollar olmaqla xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,336 mlrd. dollar olub. Bu da öz növbəsində cari ildə müsbət saldonun 47,32% azaldığını göstərir.

Məlumata əsasən, hesabat ayında 3 251 çeşiddə mal idxal, 516 çeşiddə mal ixrac olunub.

Son xəbərlər

Orphus sistemi