Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı gələn həftə növbəti danışıqlar aparılacaq

Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı gələn həftə növbəti danışıqlar aparılacaq Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı gələn həftə Cenevrədə (İsveçrə) növbəti danışıqlar aparılacaq.
Biznes
12 Dekabr , 2018 12:09
Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı gələn həftə növbəti danışıqlar aparılacaq
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev / Report

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı gələn həftə Cenevrədə (İsveçrə) növbəti danışıqlar aparılacaq.

Bu barədə “Report”a açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

“Danışıqlar həm əmtəə, həm də xidmətlərlə bağlı olacaq. Hazırda Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində proses yavaş da olsa gedir. Qanunvericilikdə, əmtəə və xidmətlər sahəsində görüləsi işlər hələ ki, çoxdur. Bir sıra qanunlar qəbul edilməlidir”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi