Azərbaycanın Ümümdünya Gömrük Təşkilatının Maliyyə Komitəsində üzvlük müddəti daha 1 il uzadılıb

Azərbaycanın Ümümdünya Gömrük Təşkilatının Maliyyə Komitəsində üzvlük müddəti daha 1 il uzadılıb Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 12-14-də Soçidə (Rusiya) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin illik iclası keçirilib.
Biznes
16 Aprel , 2018 12:10
Azərbaycanın Ümümdünya Gömrük Təşkilatının Maliyyə Komitəsində üzvlük müddəti daha 1 il uzadılıb
Customs.gov.az

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 12-14-də Soçidə (Rusiya) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin illik iclası keçirilib.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir. 

Məlumata görə, iclasda Komitəni qurumun Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev təmsil edib. 

Tədbirin açılış mərasimində Rusiyanın Gömrük Xidməti rəhbərinin I müavini və ÜGT Baş katibinin Avropa regionu üzrə müavini Ruslan Davıdov, Avrasiya İqtisadi Komissiyasının Gömrük Əməkdaşlığı üzrə Şurasının sədri Mukay Kadırkulov və ÜGT-nin Baş katibi Kunio Mikuriya cıxış ediblər.

İclasda ÜGT-nin Avropa regionu üzrə tranzit sisteminin uyğunlaşdırılması, ÜGT-nin işçi dil qrupuna əlavə dillərin daxil edilməsi, e-kommersiya üzrə gömrük məsələləri, qanunsuz maliyyə əməliyyatları ilə mübarizə, ÜGT-yə üzvlük, ÜGT-nin Baş katibi vəzifəsinə seçkilərin keçirilməsi və təsdiqi, ÜGT-nin Baş katibi vəzifəsinə namizədlərin təqdimatı, Beynəlxalq Valyuta Fondu ilə ÜGT-nin əməkdaşlığı məsələləri, eləcə də ÜGT-nin Avropa regionu üzrə rəhbərinin, ÜGT-nin maliyyə və audit məsələləri üzrə rəhbərinin və ÜGT-nin RILO, RTC, ROCB, RDTC regional ofislərinin rəhbərlərinin hesabatları müzakirə olunub.

İclas iştirakçılarına ÜGT-nin Avropa regionu üzrə tranzit sisteminin müqayisəli təhlilinin nəticələri haqqında hazırlanmış arayış təqdim olunub. Bu arayış ÜGT-nin Avropa regionu üzrə 17 üzv ölkəsi tərəfindən cavablandırılmış sorğular əsasında hazırlanıb. Arayışda Avropa İttifaqı, Avrasiya İqtisadi Komissiyasının üzv ölkələri və Azərbaycan üzrə mövcud tranzit sistemlərilə bağlı müqayisələr verilib.

Azərbaycan nümayəndə heyəti ÜGT-nin işçi dil qrupuna əlavə dillərin daxil edilməsi, Beynəlxalq Valyuta Fondu ilə ÜGT-nin əməkdaşlığı və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbərinin hesabatı ilə bağlı müzakirələrdə DGK-nın mövqeyini açıqlayıb.

Nümayəndə heyəti ÜGT-nin işçi dil qrupuna rus dilinin əlavə edilməsini yüksək qiymətləndirib. ÜGT ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlıq məsələsi barədə isə qeyd edilib ki, Azərbaycan Gömrük Xidməti ÜGT ilə müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığını dəstəkləyir. Lakin Azərbaycan tərəfi Beynəlxalq Valyuta Fondu ilə ÜGT arasında memorandumun regional prinsiplər əsasında imzalanmasını məqsədəuyğun hesab edir.

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermanın hesabatına münasibət bildirərək qeyd edib ki, Bakı şəhərində yerləşən bu ofisin fəaliyyətinə Azərbaycan Gömrük Xidməti daim diqqətlə yanaşır və ofisin texniki təminatının həyata keçirilməsini yüksək səviyyədə davam etdirir. Eyni zamanda, ofisin daha səmərəli fəaliyyətinin təşkili və maliyyə dəstəyinin artırılması üçün ÜGT-nin Potensialın Gücləndirilməsi Direktorluğu ilə birlikdə regional ofislərin rəhbərləri tərəfindən Strateji Yol Xəritəsinin işlənməsi tövsiyə olunub.

Onu da bildirək ki, iclasın sonunda Azərbaycanın ÜGT-nin Maliyyə Komitəsində üzvlük müddətinin növbəti ilə qədər uzadılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi