Azərbaycanın Ukraynada Ticarət Evi gələn ilin əvvəlində fəaliyyətə başlayacaq

Azərbaycanın Ukraynada Ticarət Evi gələn ilin əvvəlində fəaliyyətə başlayacaq Şahin Mustafayev: "İki ölkə arasında ticarət sahəsində əlaqələr inkişaf edir"
Biznes
20 Oktyabr , 2017 16:34
Azərbaycanın Ukraynada Ticarət Evi gələn ilin əvvəlində fəaliyyətə başlayacaq
Iqtisadiyyat naziri Şahin Mustafayev / Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynada Ticarət Evi bu ilin sonu və ya gələn ilin əvvəlində fəaliyyətə başlayacaq. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüşündə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Azərbaycan Ticarət Evinin hüquqi məsələləri öz həllini tapıb, hazırda yeri dəqiqləşdirilir.

"İki ölkə arasında ticarət sahəsində əlaqələr inkişaf edir. Ukraynada Azərbaycana məxsus 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir",- deyə nazir bildirib.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanda 116 Ukrayna şirkəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi