Azərbaycanın tekila idxalı artıb

Azərbaycanın tekila idxalı artıb Azərbaycan 2018-ci ildə Meksikadan 333 min ABŞ dolları həcmində tekila idxal edib.
Biznes
26 Aprel , 2019 16:23
Azərbaycanın tekila idxalı artıb

Azərbaycan 2018-ci ildə Meksikadan 333 min ABŞ dolları həcmində tekila idxal edib.

"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bu içki növü üzrə meksikalı istehsalçıların təqdimatında bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın tekila idxalı 2017-ci illə müqayisədə 39,54% artıb.

2017-ci ildə Meksika Azərbaycana 239 min ABŞ dolları məbləğində spirtli içkilər ixrac edib.

Son xəbərlər

Orphus sistemi