Azərbaycanın şərabçılıq müəssisəsinin rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanın şərabçılıq müəssisəsinin rəhbərliyi yenidən formalaşdırılacaq Bakı. 27 noyabr. REPORT.AZ/ Dekabrın 26-da, saat 11:00-da “Cəlilabad Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Biznes
27 Noyabr , 2017 09:00
Azərbaycanın şərabçılıq müəssisəsinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Dekabrın 26-da, saat 11:00-da “Cəlilabad Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Cəlilabad rayonunun Qarazəncir kəndində olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin, ümumi yığıncaq və İdarə Heyəti (İH) haqqında əsasnamələrin təsdiq olunması, İH-nin və onun sədrinin seçilməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, “Cəlilabad Şərab-2” ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 352 786 manatdır.

Son xəbərlər

Orphus sistemi