Azərbaycanın qida və qeyri-ərzaq malları laboratoriyasının akkreditasiya müddəti uzadılıb

Azərbaycanın qida və qeyri-ərzaq malları laboratoriyasının akkreditasiya müddəti uzadılıb Laboratoriyaya Latviyanın Milli Akkreditasiya Bürosu tərəfindən akkreditasiya sertifikatı təqdim olunub
Biznes
2 May , 2016 15:52
Azərbaycanın qida və qeyri-ərzaq malları laboratoriyasının akkreditasiya müddəti uzadılıb

Bakı. 2 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq Laboratoriyasının akkreditasiya müddəti 2021-ci il tarixinədək uzadılıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, ekspertlər tərəfindən laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunun qiymətləndirilməsi, akkreditasiya sahəsinin daha 5 metod üzrə genişləndirilməsi, Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq Laboratoriyası növbəti 5 il üçün akkreditasiya müddətinin uzadılması məqsədilə keçirilən auditin müsbət nəticəsi olaraq laboratoriyaya akkreditasiya sertifikatı təqdim edilib.

Qeyd edək ki, Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu tərəfindən verilən akkreditasiya sertifikatı qida məhsullarında mikrobioloji, toksikoloji və kimyəvi sınaqların aparılmasını əhatə edir və müayinələrin nəticələri Avropa İttifaqı ölkələri tərəfindən tanınır.

Son xəbərlər

Orphus sistemi