Azərbaycanın məişət malları istehsalçısının rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanın məişət malları istehsalçısının rəhbərliyi yenidən formalaşdırılacaq “Məişət Malları” ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
Biznes
23 Avqust , 2017 13:33
Azərbaycanın məişət malları istehsalçısının rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 23 avqust. REPORT.AZ/ Sentyabrın 27-də, saat 14:00-da “Məişət Malları” ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq ASC-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2929-cu məhəllə ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin Direktorlar Şurasının və İdarə Heyətinin seçilməsi, yəni rəhbərliyin yenidən formalaşdırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Məişət Malları” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 665 774 manatdır. 

Son xəbərlər

Orphus sistemi