Yuxarı
    Bağlamaq

    Azərbaycanın ixracında qeyri-neft sektorunun payı kiçilib

    © Report

    Bakı. 13 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərizndə Azərbaycandan ixracın 1 386 686,07 min dolları və ya 11,1%-i qeyri neft sektorunun payına düşüb.

    “Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Beləliklə, qeyri-neft ixracının cəmi ixracda xüsusi çəkisində azalma qeydə alınıb. Belə ki, yanvar-oktyabr ayları ərzində qeyri-neft sektorunun cəmi ixracda xüsusi çəkisi 13,5% (1 218 670,37 min dollar) təşkil edib. 

    Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində xarici ticarət dövriyyəsi 20 291 683,43 min dollar, ixrac 12 500 979,9 min dollar, idxal 7 790 703,53 min dollar, müsbət saldo 4 710 276,37 min dollar təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi