Yuxarı
    Bağlamaq

    Azərbaycanın ixrac missiyası Qətərdə səfərdədir

    Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri ikitərəfli görüşlər keçirəcəklər

    Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın ixrac missiyası hazırda Qətərdə işgüzar səfərdədir.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, ixrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

    Səfərin ilk günü Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, şirkətlərimiz layihələrini investorlara təqdim ediblər.

    Eyni zamanda ixrac missiyası “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olub. Keçirilən görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distribyutorluq məsələləri müzakirə olunub.

    Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə ikitərəfli görüşlər keçirəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi