​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın Gilan vilayətinin valisi ilə görüşüb

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın Gilan vilayətinin valisi ilə görüşüb İki ölkə üçüncü tərəfə kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını araşdırır
Biznes
18 Noyabr , 2015 17:56
​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın Gilan vilayətinin valisi ilə görüşüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, 2014-cü ildə dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Qeyd edilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi tranzit imkanlarının genişlənməsinə, ölkələr arasında, o cümlədən Gilan vilayəti ilə əlaqələrin inkişafına töhfə verəcək. İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Ş.Mustafayev Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi layihəsi üzrə I mərhələnin 2016-cı ilin sonunda başa çatdırılmasının nəzərdə tutulduğunu, qarşılıqlı razılaşmaya əsasən, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçiriləcəyini vurğulayıb.

Eyni zamanda bildirilib ki, Qazaxıstanın Aktau şəhərində inşa olunan logistika mərkəzindən İran tərəfi də istifadə edə bilər.

Gilan valisi M.Nəcəfi region ölkələri ilə müqayisədə Azərbaycanın yüksək iqtisadi artıma nail olduğunu deyib. İki ölkə arasında həyata keçirilən çoxsaylı qarşılıqlı rəsmi səfərlərin müsbət nəticələr verdiyini qeyd edən qonaqəlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb.

Qeyd edilib ki, Ənzəli limanı və Gilanda yerləşən Azad Ticarət və Sənaye Zonası Azərbaycan və İran tərəfindən üçüncü ölkələrə kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaradır.

Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti, X iclasının bu ilin dekabrında İranda keçiriləcəyi qeyd edilib. İclasda müzakirəsi nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi