Azərbaycanın iqtisadiyyat naziri Monteneqronun xarici işlər naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Monteneqronun xarici işlər naziri ilə görüşüb Bakı. 3 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycanla Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Biznes
3 Noyabr , 2017 10:37
Azərbaycanın iqtisadiyyat naziri Monteneqronun xarici işlər naziri ilə görüşüb

Bakı. 3 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycanla Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, ölkə prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro prezidentinin isə bir neçə dəfə ölkəmizə səfər etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-Monteneqro arasında əlaqələrin genişlənməsində parlamentlərarası işçi qruplarının, rəhbərlik etdiyi Birgə Komissiyanın, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr üzrə Mərkəzin fəaliyyəti önəmlidir. İki ölkə ölkələrimiz investisiya, ticarət, turizm, maliyyə sahələrində əməkdaşlıq edir. Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti iclasında bu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Nazir Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr barədə məlumat verib, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanlarını diqqətə çatdırıb.

Azərbaycan-Monteneqro əlaqələrindən danışan S.Darmanoviç bu günlərdə açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə region üçün deyil, beynəlxalq əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu bildirib.

Görüşdə həmçinin, Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi